Mənim bir sevdiyim var. Amma o məni zorlamaq istədiyinə görə mən ondan ayrılmışam. Hadisə belə olmuşdu.
Bir dəfə mən yaxın rəfiqəmgilə getmişdim. O məni axşam götürməyə gəlməli idi. Hava qaralırdı və o gecikirdi.
O gələndə artıq hava qaralmışdı. Evdəkilər mənim qalmağımı xahiş edirdilər. Qardaşımın gəldiyini və yolun başında məni gözlədiyini deyib onlarla sağollaşdım.
Sevgilimin maşını vardı. O məni evimizin aşağısındakı döngəyə qədər aparmalı idi. Amma o istiqaməti dəyişib maşını sürətlə sürməyə başladı.
Dayanmasını tələb etsəm də, məni dinləmirdi. Donub qalmışdım, nə etdiyini başa düşməyə çalışırdım. Evimizdən bir xeyli aralıda hər yeri otlarla əhatələnən geniş bir sahə vardı.
Maşını burada saxladı. Məni maşından düşürüb yerə yıxdı və dərhal ağzımı tutub mənə əlləməyə başladı. Əvvəlcə köynəyimi açıb döşlərimi əmməyə, dişləməyə başladı.
Mən müqavimət göstərsəm də, gücüm çatmırdı, qışqıra da bilmirdim. O əlini ağzımdan keçib elə bərk, elə hərarətlə öpdü ki, bir anlıq boğulacağımı zənn etdim. Birdən kiminsə ayaq səslərini eşitdim.
Gücümü toplayıb onun incə yerini əlimlə əzdim. Dodaqlarımı buraxan kimi qışqırdım. "Kimdi orda qışqıran?" deyə səs eşitdik.
Sevgilim dərhal maşına oturub qaçdı. Mənsə qorxumdan, məni bu qorxulu kabusdan xilas etmələrinə baxmayaraq, bilmirəm niyə, amma qaçmağa başladım. Hətta evə qaçaraq necə çatdığım da yadımda deyil.
Bir neçə gün sonra o məni tapdı. Onu bağışlamağımı, bu hərəkəti niyə etdiyini heç özünün də bilmədiyini desə də, mən onu bağışlamadım. Bilirsiniz niyə?
Ona görə ki, o nə mənim illərlə ona verdiyim dəyərə, nə əsil məhəbbətimə, sevgimə layiq deyilmiş. Amma mən onu hələ də, çox özümdən də çox sevirəm. Amma onu bağışlaya bilmirəm.
Axı əsil sevən insan sevdiyini namusuna necə göz dikər?