Salam, mənim 18 yaşım var. 18 ay bundan qabaq bir oğlanla elə-belə tanış olmuşdum, amma sonradan onu dəli kimi sevdim. Həqiqətən heç ağlımdan gəlməzdi onu bu qədər sevdiyim, həm də ilk danışdığım oğlan idi.
Onu o qədər çox sevirəm ki, ona görə ailəmə də qarşı çıxmışam. Tanışlığımızın 18 ayı olardı, mən onunla çox da yaxın deyildim. Mənə dəfələrlə mənimlə yaxın olmağını deyirdi, onu başa düşməyimi istəyirdi.
Mən onu başa düşdüm nə demək istədiyini, amma çox utanırdım, o haqda danışmaq istəmirdim. Bir neçə müddət belə oldu, amma gördüm ki, olmur, sonra başladıq yavaş-yavaş açıq danışmağa. 2-3 gündən, bir həftədən bir onunla seks barəsində danışırıq.
İlk dəfə toy gecəsi barədə danışmışdıq, mən ona demişdim ki, toy gecəsindən qorxuram. Sevgilimsə mənə: "Qorxma, mən yanında olacam, əlim əlimdə, dodağım dodağında olacaq." Onu çox sevirəm. Sevgilim əsgər getsin, gəlsin, nişanlanacağıq.
O da məni sevir, biz çox xoşbəxtik. Nəysə, sizi yormayım, oxuyanların hər birinə təşəkkür edirəm.